Tarixi binaların eyvanlarından Formula 1-ə baxış
25.09.2026 [21:03]
Xəbərin mətni
Bakıda Formula 1 həyəcanını yalnız tribunlardan deyil, şəhərin müxtəlif nöqtələrindən də yaşamaq mümkündür. Yarışın keçirildiyi Bakı trekinə yaxın binaların eyvanları da bu günlərdə sakinlər və Formula 1 həvəskarları üçün özünəməxsus izləmə məkanına çevrilib. Buradan yarışı yaxından izləmək, bolidlərin sürətini və mühərrik səslərini hiss etmək mümkündür.