Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq
30.09.2026 [13:38]
Xəbərin mətni
Gənc və yeniyetmələrdə avarçəkməyə marağı artırmaq üçün yeni addım atdıq. Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin ilk günündə yarışdan sonra əvvəlcədən qeydiyyatını apardığımız həm Qarabağ Universitetinin tələbələrini, həm də şagirdləri avarçəkmə qayıqlarını idarə etməyə, bu bacarığa yiyələnməyə dəvət etdik. Hava şəraitinə baxmayaraq, təlimə maraq çox böyük idi. Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Azərbaycan Su İdmanı Federasiyasının icraçı vitse-prezidenti Fərhad Əliyev deyib.