Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xəzər Universitetinin tələbəsi: Heyvanlara marağım baytarlıq ixtisasını seçməyim üçün əsas amil oldu

01.10.2026 [12:03]

Xəbərin mətni

Lənkəran şəhər 8 nömrəli tam orta məktəbin məzunu Xaliq Zeynallı qəbul imtahanlarında 617 bal toplayıb. Yüksək nəticə göstərməsinə baxmayaraq, onun ixtisas seçimi diqqət çəkib. Xaliq Xəzər Universitetində tədrisi ingilis dilində olan HASVET Baytarlıq təbabəti fakültəsini seçib. Bu il baytarlıq ixtisası üzrə keçid balı 373 olub. Xaliqin topladığı 617 bal isə keçid balından çox yüksəkdir. Xaliq Zeynallı AZƏRTAC-ın suallarını cavablandırarkən baytarlıq sahəsinə marağından, ixtisas seçiminin səbəblərindən və planlarından danışıb.