Hattap Soysal: Müasir avadanlıq tələbələrimizin praktiki biliklərini artırır
01.10.2026 [12:25]
Xəbərin mətni
Xəzər Universitetinin HASVET Baytarlıq təbabəti fakültəsində istifadə olunan “Dental rentgen” aparatı baytarlıq cərrahiyyəsində, xüsusən də Azərbaycanda tətbiq olunan son texnologiyalardan biridir. Aparat dental radiologiyada ən çox ehtiyac duyduğumuz cihazlardandır. Bu fikirləri AZƏRTAC-a açıqlamasında baytar həkim Hattap Soysal deyib.