Azərbaycan Dövlət İnformasiya Agentliyi

Baş katib: TDT-yə üzv dövlətlərin müdafiə sənayesi sahəsində əməkdaşlıq etməsi xüsusi əhəmiyyət daşıyır

01.10.2026 [17:19]

Xəbərin mətni

Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası Türk dünyasının müdafiə sənayesi sahəsində əməkdaşlığının inkişafı baxımından çox önəmlidir. Dünyada müxtəlif müharibələr və münaqişələr baş verir. Belə bir şəraitdə müdafiə sənayesi sahəsində ölkələrimizin öz aralarında əməkdaşlıq etməsi və birlikdə işləməsi xüsusi əhəmiyyət daşıyır. Bizim əsas şüarımız “Birlikdə güclüyük”dür. AZƏRTAC xəbər verir ki, bunu TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev jurnalistlərə müsahibəsində deyib