Azərbaycan Dövlət İnformasiya Agentliyi

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir

01.10.2026 [20:59]

Xəbərin mətni

CAMCA insanlara bir araya gəlmək, təcrübə mübadiləsi aparmaq, yeni əlaqələr qurmaq və qarşılıqlı ünsiyyəti gücləndirmək üçün geniş imkanlar yaradır. İnsan amili diplomatiyanın, azad sahibkarlığın, biznesin, özəl və qeyri-hökumət sektorlarının əsasını təşkil edir. Burada söhbət coğrafiya, bağlantı və rifahdan gedir. Bu amillərin əhəmiyyətinin dərk edilməsi bütövlükdə region üçün əsas məsələlərdən biridir. Bunu AZƏRTAC-a açıqlaması zamanı ABŞ-nin “DGA-Albright Stonebridge Group” şirkətinin tərəfdaşı, Avropa və Avrasiya üzrə praktika rəhbəri Filip Riker bildirib.