Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır
01.10.2026 [21:18]
Xəbərin mətni
CAMCA Regional Forumunun əsas məqsədi investisiya imkanları, süni intellekt, iqtisadiyyat və digər aktual məsələlər ətrafında müzakirələri davam etdirmək, eyni zamanda, beynəlxalq tərəfdaşlığın genişləndirilməsinə töhfə verməkdir. Tədbir Azərbaycanda ikinci dəfə keçirilir. İlk forum 2018-ci ildə baş tutub. Müşahidələrimiz göstərir ki, builki tədbirə də böyük maraq var. Bunu AZƏRTAC-a açıqlaması zamanı CAMCA-nın Müşahidə Şurasının sədri Fuad Kərimov deyib.