Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hikmət Hacıyev: Ermənistan Konstitusiyasındakı müvafiq müddəanın dəyişdirilməsi prosesə müsbət təsir edəcək

02.10.2026 [14:30]

Xəbərin mətni

Hazırda Azərbaycan və Ermənistan arasında ticarət əlaqələri mövcuddur. Ticarət əlaqələri, biznes münasibətləri, iki ölkə arasında etimadın yaradılması üçün tədbirlər və digər addımlar bir müddət əvvəl təsəvvür belə edilmirdi. Bu sözləri CAMCA Regional Forumunda Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.