Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bəxtiyar Aslanbəyli: Biz AÇG-dən hasilatın uzunmüddətli davamlılığına yeni texnologiyalarla nail olmağa çalışırıq – MÜSAHİBƏ

05.10.2026 [15:04]

Xəbərin mətni

Azərbaycanın enerji sektorunda 30 ildən çoxdur ki, həyata keçirilən layihələr ölkənin iqtisadi inkişafında, enerji təhlükəsizliyinin təmin olunmasında və regional enerji xəritəsində mövqeyinin formalaşmasında mühüm rol oynayıb. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ilə əsası qoyulan yeni neft strategiyası sonrakı illərdə “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” kimi iri layihələrin reallaşdırılması, Azərbaycanın neft və qaz ixracatçısına çevrilməsi, enerji infrastrukturunun genişləndirilməsi və yeni texnologiyaların tətbiqi ilə davam edib. Eyni zamanda, SOCAR və bp tərəfdaşlığının Xəzər hövzəsindən kənara — Mərkəzi Asiya regionuna genişlənməsi Azərbaycanın regional enerji habı kimi nüfuzunu daha da gücləndirib.