Vüqar Məmmədov: Orta Dəhliz inteqrasiya olunmuş logistika ekosisteminə çevrilməlidir
06.10.2026 [13:23]
Xəbərin mətni
Orta Dəhliz uzun illər Asiya ilə Avropa arasında alternativ nəqliyyat marşrutu kimi təqdim olunub. Lakin hazırda bu yanaşmanı daha geniş müstəvidə nəzərdən keçirmək və dəhlizi inteqrasiya olunmuş, etibarlı və rəqabətqabiliyyətli təchizat zənciri ekosisteminə çevirmək lazımdır. Bunu “Silk Way West Airlines” şirkətinin vitse-prezidenti Vüqar Məmmədov Alman-Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransında deyib.