Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır

07.10.2026 [12:27]

Xəbərin mətni

Bir ailə üçün itkin düşmüş şəxs heç vaxt sadəcə reyestrdəki bir qeyd deyil. İllərlə davam edən qeyri-müəyyənlik gündəlik qərarlara təsir göstərir: axtarışları davam etdirib-etdirməmək, uşağa valideyni barədə necə danışmaq və nə vaxtsa ziyarət edib gül qoymaq üçün bir məzarın olub-olmayacağı kimi suallar ailələri daim düşündürür. O cümlədən məhkəmə-tibbi prosedurları və informasiya sistemlərini müzakirə edərkən həmin ailələri fəaliyyətimizin mərkəzində saxlamağa davam etməliyik. Bu fikirləri xarici işlər nazirinin müavini Fariz Rzayev Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (DK) təşkilatçılığı ilə “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi" mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransda çıxış edərkən deyib.