Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır
07.10.2026 [12:51]
Təəssüf ki, bu günə qədər 4 minə yaxın soydaşımızın taleyi haqqında dəfələrlə müxtəlif beynəlxalq qurumlara müraciət etməyimizə baxmayaraq dəqiq bir məlumat ala bilməmişik. Yalnız rəşadətli ordumuzun işğal altında olan torpaqlarımızın azad olunmasından sonra kütləvi məzarlıqların aşkar olunması, qalıqların identifikasiyası və ailələrinə verilmə prosesi başlanılıb və bu gün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (DK) təşkilatçılığı ilə “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi" mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər olduqca böyük ümid yaradır ki, yaxın zamanda bütün itkin düşmüş şəxslərin taleyi müəyyənləşəcək. Bu fikirləri jurnalistlərə müsahibəsində insan hüquqları üzrə müvəkkil ( ombudsman) Səbinə Əliyeva deyib.