Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır
07.10.2026 [13:23]
Xəbərin mətni
“Laylay” layihəsi nəsilləri bir-birinə bağlayan əbədi bir körpüdür. Laylanın qədim ənənələrimizdən, tariximizdən süzülüb gəldiyini ifadə etmək üçün Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalara mahnını milli geyimlərdə ifa etdilər. "Laylay" klipindəki bütün atributlarda milli-mədəni dəyərlərimiz əksini tapıb, çəkilişlər isə Şəkinin tarixi məkanlarında aparılıb. Bununla da laylanın tariximizdən gələn qədim adət olduğunu göstərmək istədik. Bu sözləri AZƏRTAC-a açıqlamasında “ARB Günəş” televiziyasının direktoru, "Laylay" layihəsinin baş prodüseri Məhsim Məhsimov deyib.