Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb

11.10.2026 [13:26]

Xəbərin mətni

Bu, Azərbaycan Atletika Federasiyası ilə birgə keçirdiyimiz artıq üçüncü ultramarafondur. Bilirsiniz ki, ilk dəfə yarış Xankəndidən start götürmüşdü, son iki ildə isə finişi yenə Xankəndidə edirik. Məsafə 192 kilometrdir və iştirakçılar bu yolu 4 gün ərzində qət edirlər. AZƏRTAC xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov III Beynəlxalq Xankəndi Ultramarafonu barədə danışarkən deyib.