Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kamran İmanov: Türk dövlətlərinin institusional birliyinin təməli Azərbaycanda qoyulub

12.10.2026 [13:33]

Xəbərin mətni

Bu gün dünyada müşahidə etdiyimiz qeyri-stabil siyasi durum, mürəkkəb proseslər və müxtəlif gərginliklər, yeni siyasi reallıqların formalaşması, dövlətlər arasında sıx iqtisadi tərəfdaşlığın, siyasi dialoqun və birgə əməkdaşlığın, xüsusi olaraq tarixi-mənəvi köklərə söykənən həmrəyliyin əhəmiyyətini bir daha diqqət mərkəzinə gətirir. Bunu Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin İkinci Görüşündə söyləyib.