Agentlik rəhbəri: İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir
12.10.2026 [13:38]
Qafqazın yeganə türk dövləti olan Azərbaycan Türk dünyasında vacib rol oynayır. Türk dövlətləri arasında sarsılmaz birliyi təmin etmək və iqtisadi inkişafa nail olmaq üçün ticarət və investisiya əlaqələrini gücləndirmək vacibdir. Çünki iqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir. Qarşılıqlı iqtisadi asılılığın artması, əlaqələrin genişlənməsi və şaxələnməsi Türk dünyasının siyasi həmrəyliyini möhkəmləndirir, təşkilatın qlobal müstəvidə güc mərkəzinə çevrilməsini daha da sürətləndirir. Bu fikirləri Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin İkinci Görüşündə söyləyib.