Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cüdo üzrə dünya çempionatından sonra Olimpiya çempionu ilə görüş olub

12.10.2026 [17:56]

Xəbərin mətni

Bu gün Hidayət Heydərovla görüşümüz olub və bir sıra məsələləri onunla çox səmimi şəkildə müzakirə etmişik. Hidayət bizim Olimpiya, dünya və Avropa çempionumuzdur, fəxrimizdir. Federasiya olaraq ona hərtərəfli dəstək verməyə hazırıq. Bu sözləri Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu Bakıda keçirilən dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.