Pakistanlı ekspert: Avropa qlobal təsir imkanlarını yalnız ənənəvi iqtisadi güc vasitəsilə qoruya bilməz
04.11.2026 [14:45]
Xəbərin mətni
Avropa İttifaqında (Aİ), xüsusilə də Fransada ictimai-siyasi və iqtisadi vəziyyət getdikcə mürəkkəbləşir. Fransa və digər Avropa dövlətləri ciddi liderlik böhranı ilə üz-üzədirlər. Mövcud reallıqlar göstərir ki, problem təkcə küçə etirazları ilə məhdudlaşmır; əsas köklü problem hökumətlərin vətəndaşların gündəlik qayğılarını tam dərk etmək və onlara operativ, adekvat həll yolları tapmaq imkanlarının məhdudluğudur. Bu fikirləri AZƏRTAC-a açıqlamasında pakistanlı beynəlxalq münasibətlər üzrə analitik, ekspert Saeed Sahibzadə səsləndirib.