Azərbaycan Dövlət İnformasiya Agentliyi

Stokholmda azərbaycanlı yazıçı Eluca Atalı ilə görüş təşkil olunub

16.10.2026 [11:17]

Xəbərin mətni

Stokholmun Hallunda kitabxanasında uzun illərdir İsveçdə yaşayan azərbaycanlı yazıçı və filosof Eluca Atalı ilə görüş təşkil olunub. Ana dilində baş tutan açıq söhbət zamanı iştirakçılar sosial və siyasi məsələlərin təhlilində ədəbiyyatdan bir vasitə kimi istifadə edən Eluca Atalının yaradıcılığı ilə yaxından tanış olublar.