FAO-nun nümayəndəsi: İnnovasiyalar fermerlərin problemlərinin həllinə kömək edə bilər
16.10.2026 [13:45]
Xəbərin mətni
Bu gün də qarşımızda duran çağırışlar olduqca böyükdür. 2025-ci ildə 645 milyon insan aclıqla üzləşib. Dünya əhalisinin təxminən üçdə biri, yəni hər üç nəfərdən biri sağlam qidalanmaq üçün maddi imkanlara malik olmayıb. Bu rəqəmlər bizə xatırladır ki, problem yalnız bilik və ya texnologiya çatışmazlığından ibarət deyil. Bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Nasar Hayat 16 Oktyabr - Ümumdünya Qida Gününə həsr olunmuş "Bu gün innovasiya et, sabahın qidasını təmin et” adlı tədbirdə çıxış edərkən deyib.