Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan millisinin baş məşqçisi: Çalışmalıyıq ki, qrupu liderlər sırasında başa vuraq

24.10.2026 [22:28]

Xəbərin mətni

İlk növbədə, futbolçuları təbrik edirəm. Bilirdik ki, ilk oyunlar çox çətin keçir. Bu, birinci hissədə də özünü göstərdi. İkinci hissədə futbolçular toparlana bildilər və layiqli qələbə qazandılar. AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan U-16 millisinin baş məşqçisi Famil Xəlilov Bakıda keçirilən 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalında Timor-Leste yığmasını 6:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.