“Kür” komandasının baş məşqçisi: “Çair” komandası ilə cavab qarşılaşmasında həndbolçularımız bacardıqlarını etdilər
16.11.2026 [12:34]
Xəbərin mətni
Oyunun çətin keçəcəyini gözləyirdik. Həndbolçularımız bacardıqlarını etdilər. Azarkeşlər də bizə dəstək oldular, təşəkkür edirəm. Bunu jurnalistlərə açıqlamasında Avropa Kubokunun III turu çərçivəsində Şimali Makedoniyanın “Çair” komandası ilə cavab qarşılaşmasında 21:32 hesabı ilə məğlub olan Mingəçevirin qadın həndbolçulardan ibarət “Kür” komandasının baş məşqçisi Fuad Yanqildin bildirib.