Fərid Qayıbov: İnklüziv yarışların keçirilməsi Azərbaycanın idman uğurlarından biridir
19.11.2026 [14:28]
Xəbərin mətni
Fiziki və əqli imkanlarından asılı olmayaraq hər kəs üçün idmana bərabər çıxış imkanlarının təmin edilməsi dövlət idman siyasətinin prioritet istiqamətlərindəndir. Bu fikirləri Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov Bakıda Xüsusi Olimpiya proqramı çərçivəsində keçirilən Avropa badminton yarışının açılış mərasimində çıxışı zamanı səsləndirib.