Ruandalı nazir: Süni intellekt mədəni irsə çıxış imkanlarını genişləndirmək üçün diqqətəlayiq imkanlar yaradır
27.10.2026 [16:59]
Xəbərin mətni
Süni intellekt diqqətəlayiq imkanlar yaradır. O, mədəniyyətləri birləşdirə, dilləri qoruya və mədəni irsə çıxış imkanlarını genişləndirə bilər. Bu fikirləri Ruanda Respublikasının gənclər və incəsənət naziri Jan Nepo Utumatvişima oktyabrın 27-də VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən Beynəlxalq təşkilatların 3-cü yüksəksəviyyəli görüşü və “Bakı Prosesi” çərçivəsində nazirlərin 6-cı görüşünün xüsusi birgə sessiyasının ikinci hissəsində çıxışı zamanı səsləndirib.