Tacikistanın mədəniyyət naziri: Süni intellekt dillərin inkişafına və mədəni irsin qorunmasına xidmət etməlidir
27.10.2026 [17:12]
Xəbərin mətni
Süni intellekt artıq yalnız elmi tədqiqatlarla məhdudlaşmır, həm də mədəniyyətlərarası mübadilə proseslərinə təsir göstərir. Alqoritmik sistemlər müxtəlif xalqların mədəniyyətlərinin təqdim olunmasında və qarşılıqlı anlaşmanın gücləndirilməsində mühüm rol oynaya bilər. Bu fikirləri Tacikistanın mədəniyyət naziri Matlubaxon Sattoriyen VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 27-də keçirilən Beynəlxalq təşkilatların 3-cü yüksəksəviyyəli görüşü və “Bakı Prosesi” çərçivəsində nazirlərin 6-cı görüşünün xüsusi birgə sessiyasındakı çıxışında səsləndirib.