Azərbaycan Dövlət İnformasiya Agentliyi

Natia Şamatava: Mədəniyyət bir-birimizi daha yaxşı anlamağa və beynəlxalq əməkdaşlığı gücləndirməyə imkan yaradan mühüm vasitədir

27.10.2026 [18:24]

Xəbərin mətni

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun dünyada oynadığı rol böyük əhəmiyyət daşıyır. Mədəniyyət bir-birimizi daha yaxşı anlamağa və beynəlxalq əməkdaşlığı gücləndirməyə imkan yaradan mühüm vasitədir. Onun xalqları birləşdirən və qarşılıqlı anlaşmanı təşviq edən unikal gücü var. Bu fikirləri Gürcüstanın mədəniyyət nazirinin müavini Natia Şamatava oktyabrın 27-də VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən Beynəlxalq təşkilatların 3-cü yüksəksəviyyəli görüşü və “Bakı Prosesi” çərçivəsində nazirlərin 6-cı görüşünün xüsusi birgə sessiyasının ikinci hissəsindəki çıxışında səsləndirib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI