Malayziya nümayəndəsi: Süni intellekt cəmiyyətdə müsbət dəyişikliklərə təkan verə bilər
27.10.2026 [18:46]
Xəbərin mətni
Süni intellekt inkişafın müxtəlif sahələrində dəyişikliklərə təkan verə bilər. Bununla yanaşı, internetdə gənclərin təhlükəsizliyinə xüsusi diqqət yetirilməlidir. Bunu Azərbaycanda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda gənclər üzrə sülh səfiri kimi iştirak edən və ICESCO-nun təmsilçisi olan Malayziya nümayəndəsi Şərifə Nuriza Seyid Əhməd Kəbir binti Sai Matkabir AZƏRTAC-a müsahibəsində deyib.