Ağdam sakini: Doğma torpaqda yaşamağın sevinci başqadır
30.10.2026 [10:03]
Xəbərin mətni
Otuz üç illik yurd həsrətindən sonra doğma torpağa qayıtmaq Ağdama köç edən sakinlərə böyük sevinc yaşadır. Uzun illər bu günü gözləyən keçmiş məcburi köçkünlər doğma yurdda yaşamaq, onun havasını udmaq, suyunu içmək arzusuna qovuşurlar. Ağdama köçən sakin Elgiz Aslanov bildirib ki, doğma yurda qayıdış onun üçün həyatının ən xoş və sevindirici günlərindən biridir.