Azərbaycan Dövlət İnformasiya Agentliyi

Keçmiş məcburi köçkün: Gecə-gündüz Allaha yalvarırdıq ki, bizi doğma torpaqlarımıza qovuşdursun

30.10.2026 [10:09]

Xəbərin mətni

Şükürlər olsun Allaha ki, bu günü gördük! 30 ildən sonra öz torpaqlarımıza, öz yurdumuza gedirik. Gecə-gündüz Allaha yalvarırdıq ki, bizi doğma torpaqlarımıza qovuşdursun. Bu gün arzumuz gerçəkləşir. Bu sözləri AZƏRTAC-a açıqlamasında Ağdama köçən keçmiş məcburi köçkün Kamilə Məmmədova deyib.