Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağdama qayıdan sakinlər: Bu günü çox gözləmişik

30.10.2026 [22:23]

Xəbərin mətni

Bu gün Ağdam şəhərinə növbəti köç reallaşıb. Daha 70 keçmiş məcburi köçkün ailəsi uzun illər həsrətində olduqları doğma yurda qovuşub. İllərlə qəlblərində yaşatdıqları qayıdış arzusu gerçəyə çevrilən sakinlər yeni mənzillərinin açarlarını alaraq doğma şəhərdə yeni həyata başlayıblar.