Masazırda mənzildə köməksiz vəziyyətdə qalan vətəndaş xilasedicilər tərəfindən çıxarılıb
31.10.2026 [10:51]
Xəbərin mətni
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən yaşayış binasında vətəndaşın yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb olunub.