Ağdam rayonunda 3 milyon tona yaxın söküntü tullantısı var
05.11.2026 [19:26]
Xəbərin mətni
Son illərdə ölkədə həyata keçirilən genişmiqyaslı tikinti və bərpa-quruculuq işləri tullantıların səmərəli idarə olunması məsələsini daha da aktuallaşdırıb. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev “AIREX 2026” – Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi çərçivəsində keçirilən 3-cü Dayanıqlı Tikinti Sammitinin “Tullantıdan resursa” adlı panel müzakirəsində deyib.