Ekspert: "AIREX 2026" sərgisi yerli tikinti sektorunun imkanlarının nümayişi baxımından mühüm platformadır
06.11.2026 [12:40]
Xəbərin mətni
Azərbaycanda keçirilən əmlak sərgiləri, bir qayda olaraq, daha çox xarici ölkələrin tikinti şirkətlərinin öz layihələrini nümayiş etdirməsi ilə yadda qalır. Lakin builki “AIREX 2026” – Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi bu baxımdan fərqlənir. Belə ki, sərgidə əsas diqqət yerli tikinti şirkətlərinin həyata keçirdiyi və gələcəkdə reallaşdırmağı planlaşdırdığı layihələrə yönəlib. Bunu əmlak eksperti Elnur Fərzəliyev “AIREX 2026” – Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisində deyib.