Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kamil Əliyev: “Ağıllı şəhər” konsepsiyasında vaxta qənaət mühüm amillərdən biridir

06.11.2026 [13:58]

Xəbərin mətni

Hazırda Bakıda 277 metr hündürlüyündə, təkcə Azərbaycanın deyil, bütövlükdə Cənubi Qafqazın ən hündür binalarından biri olan “Baku Tower”in tikintisi yekunlaşmaq üzrədir. Bunu “PMD Group”un İnkişaf departamentinin rəhbəri Kamil Əliyev “AIREX 2026” – Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi çərçivəsində keçirilən “Rəqəmsal daşınmaz əmlak ekosistemi – banklar, developerlər və texnologiyaların inteqrasiyası” adlı panel müzakirəsində çıxışı zamanı deyib.