Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yavər Rzayevin kino dünyası: İnsana və həyata fərqli baxış

06.11.2026 [16:40]

Xəbərin mətni

Azərbaycanın tanınmış kinorejissorlarından Yavər Rzayevin 70 illik yubileyi münasibətilə Azərbaycan Kinematoqrafçılar İttifaqında tədbir keçirilib. Tədbir çərçivəsində rejissorun yaradıcılıq fəaliyyətindən bəhs olunub, onun Azərbaycan kinosuna verdiyi töhfələrdən danışılıb. Həmçinin yubiley münasibətilə sənətkarın çəkdiyi filmlər nümayiş etdirilib.