Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rəşad Mustafayev: “PeşəFest”in iştirakçı sayı ötən illə müqayisədə iki dəfə artıb

06.11.2026 [17:25]

Xəbərin mətni

“PeşəFest”in əsas məqsədi şagirdləri, gəncləri, onların valideynlərini və peşə mütəxəssislərini bir araya gətirmək, gənclərin gələcək peşə seçimləri ilə bağlı suallarını cavablandırmaqdır. “PeşəFest”in bu istiqamətdə yeni yanaşmanın əsasını qoyması, iştirakçıların peşələrlə yaxından tanış olması, mütəxəssislərlə ünsiyyət qurması və gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirmək üçün özlərini sınaması bizim üçün vacib idi. Bu sözləri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafeyev “PeşəFest-2026"nın yekun tədbiri zamanı deyib.