Konfutsi İnstitutunun direktoru: Hərtərəfli strateji tərəfdaşlıq Azərbaycan və Çin üçün yeni perspektivlər açır
07.11.2026 [18:30]
Xəbərin mətni
Azərbaycan ilə Çin arasında münasibətlər durmadan inkişaf edir və strateji xarakter daşıyır. Prezident İlham Əliyevin Çinə son səfəri zamanı “Hərtərəfli Strateji Tərəfdaşlığın Qurulması haqqında Birgə Bəyanat”ın imzalanması iki ölkə arasında siyasi və iqtisadi əməkdaşlığın əsas istiqamətlərini müəyyən etdi. Bu barədə AZƏRTAC-a müsahibəsində Azərbaycan Dillər Universitetinin Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov bildirib.