Azərbaycan Dövlət İnformasiya Agentliyi

XTQ-nin ehtiyatda olan giziri: Biz Şuşaya daxil olanda....

08.11.2026 [16:02]

Xəbərin mətni

Bizim qarşımızda duran əsas məqsəd Şuşanı azad etmək idi. Bunun üçün canımız bahasına olsa belə, bütün gücümüzü səfərbər etmişdik. Ağır döyüşlərdən keçərək Şuşaya doğru irəliləyirdik. Bu sözləri AZƏRTAC-a açıqlamasında Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan giziri Rüstəm Məhsimov deyib. O Vətən müharibəsi zamanı keçdiyi döyüş yolundan, xüsusilə Şuşanın azadlığı uğrunda aparılan ağır döyüşlərdən danışıb.