Nazir müavini: Son 5 ildə ümumi qəbul planında dövlət sifarişli yerlərin xüsusi çəkisi 50 faizə yaxınlaşıb
13.11.2026 [16:10]
Xəbərin mətni
Ali təhsil üzrə dövlət sifarişi insan kapitalına büdcə investisiyasının əsas alətlərindən biridir. İqtisadiyyat Nazirliyi aidiyyəti dövlət qurumlarının təkliflərini ümumiləşdirərək dövlət sifarişinə dair təklifləri Nazirlər Kabinetinə təqdim edir. Bunu İqtisadiyyat nazirinin müavini Azər Bayramov Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin noyabrın 13-də keçirilən birgə iclasında deyib.