Azərbaycan Dövlət İnformasiya Agentliyi

Musa Qasımlı: Dövlət büdcəsindən elm sahəsinə 258 milyon manata yaxın vəsaitin ayrılması nəzərdə tutulub

13.11.2026 [16:32]

Xəbərin mətni

Büdcə layihəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyətinə ayrılacaq 4 milyon 700 min manat vəsaitin məişət zorakılığına məruz qalmış şəxslərə dəstək göstərilməsinə, insan alverinin qurbanlarına yardıma, erkən nikah hallarının qarşısının alınmasına, sağlamlıq imkanları məhdud olan uşaqlara sosial və psixoloji işin təşkilinə xərclənməsi nəzərdə tutulub. Bunu Milli Məclis sədrinin müavini Musa Qasımlı Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin noyabrın 13-də keçirilən birgə iclasında deyib.