Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Dözə bilmirdim, ağlaya-ağlaya gedib, ağlaya-ağlaya da qayıdırdım...” - Ballıcadan REPORTAJ

17.11.2026 [11:38]

Xəbərin mətni

Xocalı rayonunun Ballıca kəndində həyat yenidən öz axarına qayıdıb. Səhər tezdən həyətlərdən gələn sac və təndir çörəyinin ətri kəndin küçələrinə yayılır, hər evdə, hər ocaqda qurub-yaratmaq həvəsi hiss olunur. Doğma yurda qayıdan sakinlər illər əvvəl yarımçıq qalmış xatirələrini bərpa etməklə yanaşı, ata-babalarından miras qalan yaşam tərzini, qədim adət-ənənələri də yenidən dirçəldirlər. Burada hər ailənin öz qayıdış hekayəsi, hər evin öz yaddaşı var.