Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dankan Norman: Enerji əlaqələri tərəfdaşlığımızın əsas sütunudur

17.11.2026 [12:47]

Xəbərin mətni

“Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” ölkələrimiz arasında iqtisadi əməkdaşlıqda yeni mərhələnin əsasını qoyur. Bu Böyük Britaniya və Azərbaycan vətəndaşları üçün real faydalar vəd edir. Bu sözləri Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman mətbuat konfransında deyib.