Nazir: Cari ilin 10 ayında özəl sektorda əmək müqavilələrinin sayının 59 min artımı sevindirici haldır
19.11.2026 [12:00]
Xəbərin mətni
Ötən dövr ərzində illik əsasda işlə təmin olunanların sayı 3,4 dəfə, özünüməşğulluq proqramına cəlb olunanların sayı 5,7 dəfə, peşə hazırlığına cəlb olunanların sayı 4,1 dəfə, sosial tərəfdaşlıq çərçivəsində kvota üzrə işlə təmin olunanların sayı 2,6 dəfə, əməkhaqqının birgə maliyyələşməsi proqramına cəlb olunanların sayı isə 3,5 dəfə artıb. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Dövlət-Biznes Əməkdaşlığı Forumunun rəsmi açılış mərasimində çıxış edərkən deyib.