Azərbaycan Dövlət İnformasiya Agentliyi

Anar Əliyev: İşəgötürənlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsas tərəfdaşlarından biridir

19.11.2026 [11:52]

Xəbərin mətni

Əmək bazarının müasir çağırışlarına cavab olaraq dövlət məşğulluq siyasəti də əhəmiyyətli islahat dövrünü keçib. Əhalinin səmərəli məşğulluğunun təmin edilməsi məqsədilə 2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası icra olunur. Strategiyanın əsas hədəfləri məşğulluqyönümlü iqtisadi inkişaf siyasətinin həyata keçirilməsi, işçi qüvvəsinin bacarıqlarının inkişaf etdirilməsi, aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi və səmərəliliyinin artırılmasından ibarətdir. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Dövlət-Biznes Əməkdaşlığı Forumunun rəsmi açılış mərasimində çıxış edərkən deyib.