Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nazir müavini: Azərbaycanda ərzaqlıq buğda tələbatının 70 faizinin yerli istehsal hesabına ödənilməsi hədəflənir

20.11.2026 [11:25]

Xəbərin mətni

Azərbaycanda ərzaqlıq buğdaya olan daxili tələbatın 65–70 faizinin yerli istehsal hesabına ödənilməsi nəzərdə tutulur və bu istiqamətdə əsaslı tədbirlər həyata keçirilir. Bu sözləri kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Xidmətlər Agentliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə “Aqronomiya və bitki sağlamlığı: Elmdən təcrübəyə” mövzusunda keçirilən konfransda deyib.