Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ziyafət Əsgərov: İri texnologiya şirkətlərinin geosiyasi təsirinin artması dövlətləri həssas balans tapmağa vadar edir

19.11.2026 [12:22]

Xəbərin mətni

Texnoloji transformasiya sadəcə təhlükəsizlik mühitini dəyişmir, o dövlətlərin xarici siyasət strategiyalarını, milli maraqlarını qoruma üsullarını və beynəlxalq alyansların xarakterini kökündən yeniləyir. Bu sözləri Milli Məclisin sədr müavini Ziyafət Əsgərov “Kiberdiplomatiya üzrə Beynəlxalq Konfrans Azərbaycan 2026: Süni intellekt dövründə güc və təsir” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.