Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nazir müavini: Azərbaycan BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasını imzalayan və ratifikasiya edən ilk ölkələrdəndir

19.11.2026 [13:03]

Xəbərin mətni

Azərbaycan müasir çağırışlara cavab verərək etimad quruculuğu və inklüziv əməkdaşlıq üçün mühüm platforma təmin edən yeni yaradılmış qlobal mexanizm vasitəsilə dialoqun davam etdirilməsini dəstəkləyir. Kibertəhlükələrin qarşısının alınması üçün müvafiq tədbirlər həyata keçirilir. Bu sözləri Bakıda “Kiberdiplomatiya üzrə Beynəlxalq Konfrans Azərbaycan 2026: Süni intellekt dövründə güc və təsir” mövzusunda keçirilən konfransda çıxış edən xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.