Paytaxtda qış mövsümünə hazırlıqla bağlı müşavirələr başa çatıb
20.11.2026 [12:10]
Xəbərin mətni
Qış mövsümünə hazırlıqla bağlı paytaxt rayonlarında təsdiq edilən tədbirlər planlarına uyğun mövsümə və xüsusilə qarlı havalara hazırlıq tədbirləri başa çatıb. Hazırda şəhərin və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib, əlavə tədbirlər görülüb. Görülən işlərə nəzarət məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən hər bir rayona cavabdeh şəxs təyin edilib.