Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağdam sakini: Azad Ağdamda illərdir görmədiyimiz insanlarla görüşmək böyük sevinc və qürurdur

20.11.2026 [12:38]

Xəbərin mətni

Ağdamın işğaldan azad olunmasının altıncı ildönümü böyük sevinc və qürur hissi ilə qeyd olunur. Uzun illər dağıntılara məruz qalan Ağdam bu gün yenidən qurulur, dirçəlir və öz sakinlərinə qovuşur. Bunu AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Ağdam Şəhəri Günündə şəhər sakini Elməddin Səfərov deyib.