“Qarabağ”-PAOK oyununun biletləri oktyabrın 17-də satışa çıxarılacaq
15.10.2016 [12:28]
Xəbərin mətni
Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda Ağdamın "Qarabağ" klubu oktyabrın 20-də Yunanıstanın PAOK komandasını qəbul edəcək.
Qarşılaşmanın biletləri oktyabrın 17-də satışa çıxarılacaq. Azarkeşlər biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər.